Vacibdir: Bu Müqavilə sizinlə HONOR Device Co., Ltd. şirkəti (bundan sonra "HONOR" adlandırılacaq) arasında Honor Suite tətbiqinin (bu "Proqram təminatı") istifadəsini tənzimləyən son istifadəçi lisenziya müqaviləsidir. QURAŞDIR düyməsinın klik edilməsi bu Müqavilənin məzmununu diqqətlə oxuduğunuzu və buradakı bütün şərtləri qəbul etdiyinizi bildirir.

1. Tətbiq edilmə sahəsi
Bu Müqavilə yalnız Honor Suite tətbiqi üçün tətbiq edilir. Bu Müqavilə ilə verilmiş hüquqlar heç bir digər proqram təminatlarına tətbiq edilmir.

2. Əqli mülkiyyət hüquqları
Bu Proqram təminatı üçün bütün əqli mülkiyyət hüquqları HONOR şirkətinə məxsusdur və Çin Xalq Respublikasının qanunları, beynəlxalq müəllif hüquqları müqavilələri və əqli mülkiyyət hüquqlarını tənzimləyən digər tətbiq olunan qanunlar və müqavilələr ilə qorunur.

3. Lisenziyanın sahəsi
3.1 Bu Proqram təminatı pulsuz təmin olunur. Siz bu proqram təminatını qeyri-kommersiya məqsədləri üçün qeyri-məhdud sayda cihazlarda yükləyə, quraşdıra və istifadə edə bilərsiniz.
3.2 Siz bu Proqram təminatını qeyri-kommersiya məqsədləri üçün qeyri-məhdud sayda cihazlara köçürə, göndərə və paylaya bilərsiniz. Lakin, siz bu Proqram təminatının göndərilmiş və ya paylanmış olan bütün nüsxələri də daxil olmaqla, bu Proqram təminatının bütün nüsxələrinin tam olduqlarından və elektron sənədlər, müəlliflik hüququ qeydləri, ticarət nişanları və bu Müqavilə də daxil olmaqla, bu Proqram təminatına daxil olan bütün məlumatları ehtiva etdiklərindən əmin olmalısınız.

4. İstifadənin məhdudlaşdırılması
4.1 Siz bu Proqram təminatını təkrar layihələndirə, təkrar tərtib edə və ya onun oxşarını yarada bilməzsiniz. Əlavə olaraq, siz proqram təminatı fayllarının ehtiva etdiyi hər hansı resursları redaktə edə bilməzsiniz.
4.2 Siz bu Proqram təminatını hissələrə ayıra və ya bu Proqram təminatını digər proqram təminatı sistemlərində qismən və ya tamamilə yerləşdirə bilməzsiniz.
4.3 Siz bu Proqram təminatının ehtiva etdiy hər hansı müəllif hüquqları bəyanatları və ya bildirişlərini silə bilməzsiniz.
4.4 Siz bu Proqram təminatını hər hansı törəmə proqram təminatını və ya tətbiqləri inkişaf etdirmək üçün istifadə edə bilməzsiniz.
4.5 Siz bu Proqram təminatında olan hər hansı xüsusiyyətləri hər hansı qeyri-qanuni fəaliyyət ilə məşğul olmaq üçün istifadə edə bilməzsiniz.
4.6 HONOR şirkəti bu Proqram təminatında sizə aydın şəkildə verilməmiş bütün digər hüquqları özündə saxlayır.

5. İmtina
5.1 Bu Proqram təminatı "olduğu kimi" təqdim edilir. HONOR şirkəti bu Proqram təminatının təqdim etdiyi xidmətlərin vaxtlı-vaxtında olması və dəqiqliyi ilə bağlı heç bir zəmanət vermir.
5.2 Siz bununla etiraf edirsiniz ki, bu Proqram təminatının təqdim etdiyi xidmətlər idarə olunmayan hallar, kompüter virusları, haker hücumları, sistem uyğunsuzluğu və digər müəyyən edilməmiş səbəblərdən düzgün işləməyə bilər. HONOR şirkətinin günahı olmayan məlumat xətası və ya məlumat itkisi səbəbindən meydana gələ biləcək hər hansı zərər üçün HONOR şirkəti məsuliyyət daşımır.

6. İstifadə məlumatları
6.1 Bu Proqram təminatında olan xüsusiyyətlər Honor Suite tətbiqinin telefonunuzda quraşdırılmasını tələb edir. İstədiyiniz xidmətləri yerinə yetirmək üçün, bu Proqram təminatı istifadə zamanı bəzi telefon icazələrinə girişi, o cümlədən zəng etmək, mətn mesajları göndərmək və kontaktlarınıza daxil olmaq üçün icazələri tələb edə bilər.
6.2 Bu Proqram təminatı yalnız rəsmi HONOR əməliyyat sistemi ilə işləyən telefonlarda quraşdırılmaq üçün nəzərdə tutulmuşdur. HONOR şirkəti bu Proqram təminatını rəsmi HONOR əməliyyat sistemi ilə işləməyən qurğulara yükləyən istifadəçilər üçün bu Proqram təminatının təqdim etdiyi xidmətlərin keyfiyyətinə dair heç bir zəmanət vermir. 
6.3 HONOR şirkəti zaman-zaman bu proqram təminatı üçün yeniləmələri təmin edə bilər. Xidmətlərin davamlı təmin edilməsini təmin etmək üçün bu proqramın bu versiyası telefonunuzda quraşdırılmış Honor Suite tətbiqinin versiyasına uyğun olmalıdır.

7. Xitam
Əgər bu Sazişin şərtləri və qaydalarına əməl etmirsinizsə, HONOR şirkəti və/və ya onun lisenziya verənləri istənilən vaxt bu Müqaviləyə xitam vermək hüququnu özündə saxlayır. Bu Müqaviləyə xitam verildikdən sonra, siz bu proqram təminatının istifadəsini dərhal dayandırmalı və kompüterinizə quraşdırdığınız və ya surətini çıxardığınız bütün proqram təminatlarını və əlaqədar məlumatları silməlisiniz. 

8. Məhdud zəmanət
8.1 Bu Müqavilədə açıq şəkildə verilmiş zəmanətlərdən başqa, HONOR şirkəti açıq ifadə edilən və ya nəzərdə tutulan, müəyyən məqsəd üçün satılabilmək və yararlılıq zəmanətləri də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan, heç bir zəmanət vermir.
8.2 HONOR şirkəti üçüncü şəxslərin hüquqlarının pozulmasına dair heç bir zəmanət vermir.

9. Məhdud məsuliyyət
9.1 HONOR şirkəti bu Proqram təminatının sui-istifadəsi, yanlış istifadə edilməsi və ya icazəsiz dəyişdirilməsi, gözlənilməz hallar nəticəsində yaradılan proqram təminatı üçün məsuliyyət daşımır və heç bir zəmanət vermir. 
9.2 HONOR şirkəti bu Proqram təminatının istifadəsindən yaranan hər hansı təsadüfi, dolayı və ya cəzalandırıcı zərərə, o cümlədən hər hansı biznes mənfəətinin itirilməsi, biznesin kəsilməsi, informasiya və ya məlumatların itirilməsinə görə, lakin bunlarla məhdudlaşmayan, məsuliyyət daşımır. HONOR şirkəti, belə zərərin mümkünlüyü barədə məlumatlandırılsa belə, məsuliyyət daşımır. 

10. Versiya yeniləmələri
10.1 HONOR şirkəti gələcəkdə bu Proqram təminatı üçün versiya yeniləmələrinin buraxılmasına qərar vermək hüququnu özündə saxlayır.
10.2 Əgər əvəzetmə lisenziya müqaviləsi verilmirsə, bu Müqavilə hələ də bu Proqram təminatının yenilənmiş versiyasına tətbiq edilir.
10.3 Əgər bu Proqram təminatı yenilənmiş versiya kimi qeyd olunarsa, siz bu Müqaviləyə əməl etməlisiniz.

11. Yazılı ünsiyyətlər
Bu Müqaviləyə aid bütün ünsiyyətlər yazılı şəkildə edilməlidir.

12. Müxtəlif
12.1 Əgər siz Avropa İttifaqında yerləşən bir istehlakçısınızsa, bu müqavilə Almaniya qanunları ilə idarə olunacaq. Bu Müqavilə ilə əlaqədar HONOR şirkəti ilə sizin aranızdakı hər hansı mübahisə məhkəmə araşdırılması üçün Almaniyada yurisdiksiyaya malik olan məhkəməyə təqdim edilməlidir. Əgər siz başqa ölkədə və ya regionda yerləşən bir istehlakçısınızsa, bu müqavilə Çin Xalq Respublikasının qanunları ilə tənzimlənməlidir. Bu Müqavilə ilə əlaqədar hər hansı mübahisə dostcasına danışıqlar yolu ilə həll edilməlidir. Mübahisənin danışıqlar yolu ilə həll edilə bilməməsi vəziyyətində, mübahisə, məhkəmə araşdırılması yolu ilə həll edilməsi üçün, Shenzhen Longgang Əyaləti Xalq Məhkəməsinə təqdim ediləcək.
12.2 Heç bir şifahi müqavilələr bağlanmadı.
12.3 Bu Müqavilənin hər hansı müddəası hər hansı səbəbdən etibarsız olması və ya onun icra edilməsinin mümkünsüzlüyü halında, tam və ya qismən, və ya hər hansı tətbiq olunan qanunları pozarsa, bu müddəa ayrılmış sayılır. Lakin, bu hal digər müddəaların qüvvədə olma və icra edilməsinə təsir etməyəcək.
12.4 HONOR şirkəti bu Müqaviləni zaman-zaman yeniləyə və ya dəyişə bilər və dəyişiklik edilmiş versiyanı qanunla icazə verilən vasitələrlə sizə göndərə bilər. Əgər HONOR şirkətinin bu Müqaviləyə etdiyi dəyişıklıkləri qəbul etməsəniz, bu Proqram təminatının istifadəsini dərhal dayandırmalısınız. Əgər HONOR şirkətinin yeniləməsini qəbul etdikdən sonra bu Proqram təminatını istifadə etməyə davam edirsinizsə, HONOR şirkətinin bu Müqaviləyə etdiyi dəyişıklıkləri qəbul etdiyinizi bildirmiş olursunuz.

13. Bütün müqavilə
Bu Müqavilə və onun əlavələri burada mövzu ilə əlaqədar tərəflər arasında bütün müqaviləni təşkil edir və mövzuya aid olan hər hansı əvvəlki açıq ifadə edilən və ya nəzərdə tutulan nümayəndəlikləri və/və ya müqavilələri əvəz edir. Bu Müqavilə HONOR şirkətinin bu Proqram təminatına aid bütün öhdəliklərini ehtiva edir.
