Hörmətli istifadəçilər,

Huawei Device Co., Ltd. və onun bütün dünya üzrə alt şirkətləri ("Huawei" və ya "biz/bizim/bizə") məxfiliyinizin sizin üçün nə qədər vacib olduğunu anlayır və sizin məxfiliyinizi qorumağa çalışır. Lütfən bu Məxfilik Siyasətini ("bu Siyasəti") tam oxumamış, başa düşməmiş və onunla razılaşmamış hər hansı şəxsi və ya məxfi məlumatlarınızı Huawei şirkətinə göndərməyin və ya təqdim etməyin.

Aşağıdakıları izah etmək məqsədilə bu Siyasəti yaratmışıq:

1) Huawei sizin şəxsi məlumatlarınızdan necə istifadə edir

2) Huawei kuki və oxşar texnologiyalardan necə istifadə edir

3) Huawei sizin şəxsi məlumatlarınızı hansı şəkildə açıqlayır

4) Şəxsi məlumatlarınıza daxil olma, redaktə etmə və dəyişdirmə

5) Huawei sizin şəxsi məlumatlarınızı necə qoruyur

6) Huawei uşaqların şəxsi məlumatlarını necə idarə edir

7) Üçüncü tərəf təchizatçılar və onların xidmətləri

8) Sizin şəxsi məlumatlarınız beynəlxalq səviyyədə necə ötürülür

9) Bu Siyasət necə yenilənir

10) Beynəlxalq istifadəçilər

11) Huawei ilə necə əlaqə saxlamaq olar

Zəhmət olmasa, unutmayın ki, bu Siyasət yalnız mobil telefonlar, smartfonlar, planşetlər, ev cihazları, data kartlar, kompüter applikasiyaları, alətlər, proqram təminatı, vebsaytlar kimi istehlakçı səviyyəsində Huawei-in elektron məhsullarına və bu siyasəti göstərən və ya əlaqələndirən xidmətlərə tətbiq olunur.

Bu Siyasət şəxsi və özəl məlumatların Huawei tərəfindən necə idarə edildiyini və Huawei-in məxfiliyinizi qorumağa necə səy göstərdiyini təsvir edir. Lakin məlumat emalına dair bütün məsələləri əhatə etmək üçün bir siyasət kifayət qədər geniş olmaya bilər. Bu səbəbdən də, Huawei digər məlumat toplanması məqsədlərinə dair sizi məlumatlandırmaq üçün bu Siyasətə əlavə olaraq müəyyən məhsul və ya xidmət üçün spesifik olan əlavə məlumat təmin edə bilər. Müəyyən məhsul və ya xidmət ilə əlaqədar məxfilik siyasətini daha yaxşı anlamaq üçün həm bu Siyasəti, həm də onun əlavələrini oxumağınız tövsiyə olunur.

1. Huawei sizin şəxsi məlumatlarınızdan necə istifadə edir

Şəxsi məlumatlar bir şəxsin bizim məhsul və ya xidmətlərimizdən istifadə edərkən tək və ya digər məlumatlar ilə birgə yığılan ad, doğum tarixi, ünvan, şəxsiyyət vəsiqəsinin nömrəsi, telefon nömrəsi, hesab nömrəsi, şəkil kimi şəxsiyyətini müəyyən edən məlumatlar və şəxsin yuxarıda qeyd olunan məhsul və xidmətləri istifadə etdiyi vaxt və məkandır. Huawei sizin şəxsi məlumatlarınızı yalnız bu Siyasətdə göstərilən məqsədlər üçün toplayır və istifadə edir. Bizim topladığımız məlumatlara və onlardan istifadə üsullarına dair nümunələr aşağıda göstərilmişdir:

1) Huawei hansı şəxsi məlumatları toplayır

Biz sizdən müxtəlif növ şəxsi məlumatlar toplaya bilərik, məsələn, sizin adınız, profil şəkliniz, telefon nömrəniz, e-poçt ünvanınız, yaşınız və məkan məlumatlarınız. Aşağıda bizim sizdən topladığımız şəxsi məlumatların növlərinə aid nümunələr verilmişdir.

a. Sizin birbaşa verdiyiniz məlumatlar - Bizim bir çox xidmətlərimiz sizə hesab və ya profil yaratmağa imkan verir. Biz sizdən lazımi hesab məlumatlarını, habelə, e-poçt ünvanınızı, çatdırılma ünvanını, telefon nömrənizi, məhsul məlumatlarını, alış vaxtını və ödəniş üsulunu təqdim etməyinizi xahiş edə bilərik. Əgər siz Huawei xidmətlərindən istifadə edərək dostlarınızla məzmun paylaşmaq istəyirsinizsə, sizdən dostlarınızın əlaqə məlumatlarını, habelə, ad, profil şəkli, telefon nömrəsi və e-poçt ünvanı məlumatını təqdim etməyiniz tələb oluna bilər. Bizim bəzi xidmətlərimiz sizə digər insanlar ilə əlaqə qurmaq və məlumat paylaşmaq imkanı verir. Bu növ əlaqə və məlumat paylaşması təhlükəsiz qaydada yerinə yetiriləcəkdir. Əgər cihazınızda və ya applikasiyanızda hər hansı bir problem yaranarsa, problem barədə məlumatı Huawei şirkətinə göndərə bilərsiniz.

b. Xidmətlərdən istifadə etdiyiniz haqqında məlumat - Sizin cihazlarınızdan sistem və applikasiya məlumatları, habelə, cihazın adı, sistem və applikasiyanın versiyası, region və dil parametrləri, cihazın versiyası, cihazın tanınma nömrəsi (IMEI, ESN, MEID, və SN), cihazınızın coğrafi yerləşmə məlumatı (cihazınızın yerləşdiyi ərazinin İD nömrəsi kimi), xidmət təminatçınızın şəbəkəsinin İD nömrəsi (PLMN), applikasiyanı necə istifadə etdiyiniz haqqında məlumat və İnternetə qoşulduğunuz İP ünvanı məlumatlarını toplaya bilərik. Həmçinin, xidmətlərimizdən istifadə vaxtı və müddəti, xidmətlərimiz vasitəsilə daxil etdiyiniz axtarış terminləri və cihazınızda quraşdırdığımız kukilərdə saxlanılan istənilən məlumatlar kimi qeydiyyat məlumatlarını da toplaya bilərik.

c. Üçüncü tərəf mənbələrinin məlumatları - Biz sizin haqqınızda məlumatları qanunla icazə verilmiş ictimai və kommersiya cəhətdən mövcud mənbələrdən qəbul edə bilərik. Həmçinin, üçüncü tərəf şəbəkə xidmətlərinə qoşulmağı seçdiyiniz zaman, sizin haqqınızda məlumatları həmin mənbələrdən qəbul edə bilərik. Məsələn, bizim vebsaytlarımızdakı hesablarınıza Facebook və ya Twitter hesabınız ilə daxil olduğunuz zaman.

2) Huawei sizin şəxsi məlumatlarınızdan necə istifadə edir

Biz aşağıdakı hallarda sizin şəxsi məlumatlarınızdan istifadə edə bilərik:

a. alış sifarişlərinizi yerinə yetirmək, məhsul və ya xidmətlərinizi sizə çatdırmaq, məhsullarınızı və ya xidmətlərinizi aktivləşdirmək və ya təsdiqləmək, tələbinizə uyğun dəyişikliklər etmək və texniki dəstək göstərmək;

b. sizinlə əlaqə saxlamaq, sizə maraqlı ola biləcək məhsul və ya xidmətlər haqqında sizə məlumat göndərmək, razılığınız ilə sizi Huawei reklamlarına və bazar araşdırmalarına dəvət etmək və ya sizin açıq razılığınız ilə sizə birbaşa marketinq məlumatları təqdim etmək; əgər bu növ məlumatları qəbul etmək istəmirsinizsə, istədiyiniz zaman bu xidmətdən imtina edə bilərsiniz;

c. sizə mövcud sistem və ya applikasiya yeniləmələri haqqında məlumat vermək və bu cür yeniləmələri yerinə yetirmək;

d. sizə fərdi istifadəçi təcrübəsi təmin etmək və məzmunları fərdiləşdirmək və sizin satışdan sonrakı xidmətlərinizi aktivləşdirmək;

e. məhsul və xidmətlərimizi təkmilləşdirmək məqsədilə daxili audit, məlumat analizi və araşdırma yerinə yetirmək;

f. biznes əməliyyatlarımızın səmərəliliyini və bazar payımızı analiz etmə;

g. müştəri əlaqələrini təkmilləşdirmək və sizə təqdim etdiyimiz xidmətin keyfiyyətini və təhlükəsizliyini təmin etmək;

h. bizə xəta barədə məlumat göndərdiyiniz zaman nasazlıqları həlletmə xidmətlərini yerinə yetirmək;

i. internetə yüklədiyiniz və ya internetdən yüklədiyiniz məlumatları və bu yükləmələri yerinə yetirmək üçün tələb olunan məlumatları sinxronizasiya etmək, bölüşmək və yadda saxlamaq; və

j. bizim itkinin qarşısını alma xidmətimizi və fırıldaqçılığa qarşı proqramlarımızı təkimilləşdirmək.

3) Məkan əsaslı xidmətlər

Müəyyən məkan əsaslı xidmətlərə daxil olduğunuz zaman, məsələn, məlumat axtardığınızda, naviqasiya etdiyinizdə və ya xüsusi yer əsasında havanı yoxladıqda, Huawei, cihazınızın dəqiq və ya təxmini yer məlumatını toplaya, istifadə edə və bunu emal edə bilər. Bu, Huawei şirkətinə həmin xidmətləri sizə təmin etməyə imkan verir. Toplanan məlumatlara sizin cihazın tanınma nömrəsi (IMEI, ESN, MEID və SN), növü, modeli və real zaman məkan məlumatı (GPS, Wi-Fi və xidmət təminatçınızın şəbəkəsinin İD nömrəsi vasitəsilə əldə olunan məlumat daxil olmaqla) daxil ola bilər. Huawei məkan əsaslı məhsulları və xidmətləri təmin etmək və təkmilləşdirmək üçün məkan məlumatlarını toplayır.

Biz xidmətdən istifadəyə əsasən sizdən məkan xidmətlərini aktivləşdirmək istəyinizi soruşa bilərik. Cihazlarınızda məkan xidmətlərini söndürməklə məkan məlumatlarınızı bölüşməyə bilərsiniz. Məkan əsaslı xidmətləri söndürmək barədə daha ətraflı məlumat əldə etmək üçün, xidmət təminatçınız və ya operatorunuz ilə əlaqə saxlayın.

4) Təyin oluna bilməyən məlumatların toplanması və istifadəsi

"Təyin oluna bilməyən məlumatlar" dedikdə müəyyən bir şəxsi tanımaq üçün istifadə edilə bilməyən məlumatlar nəzərdə tutulur. Huawei, birləşdirilmiş statistik məlumatları, məsələn, veb-saytımıza daxil olan şəxslərin sayını toplaya bilər. Huawei belə məlumatları insanların veb-saytımızdan, məhsullarımızdan və ya xidmətlərimizdən necə istifadə etməsini anlamaq üçün toplayır. Bu yolla Huawei xidmətlərimizi istehlakçıların ehtiyaclarına daha yaxşı cavab vermək üçün təkmilləşdirə bilər. Huawei öz qərarı ilə təyin oluna bilməyən məlumatları digər məqsədlər üçün toplaya, istifadə edə, emal edə, ötürə və ya açıqlaya bilər.

Biz sizin şəxsi məlumatlarınızı və təyin oluna bilməyən məlumatlarınızı ayrı saxlamağa və hər növ məlumatı müstəqil istifadə etməyə çalışırıq. Şəxsi məlumat təyin oluna bilməyən məlumat ilə birgə olduğu halda, birgəlik qaldığı müddətdə, biz bu məlumat ilə şəxsi məlumat kimi rəftar edəcəyik.

2. Huawei kuki və oxşar texnologiyalardan necə istifadə edir

1) Kukilər

Veb-saytımızın düzgün işlədiyindən əmin olmaq üçün biz bəzən kompüterlər və ya mobil cihazlarınıza kukilər kimi tanınan kiçik məlumat faylları yerləşdiririk. Kuki, veb-saytın serveri tərəfindən kompüterinizdə və ya mobil cihazınızda saxlanan sadə mətn faylıdır və yalnız həmin server həmin kukinin məzmununu əldə edə və ya oxuya bilir. Hər bir kuki internet brauzer və ya mobil applikasiya üçün fərdidir. Ona müəyyən məlumatlar, məsələn, identifikator, saytın adı, bəzi rəqəmlər və simvollar daxildir. Kukilər, veb-saytlara məlumatları, məsələn, sizin seçimlərinizi və ya alış-veriş səbətində nəyin olduğunu xatırlamağa imkan verir.

Bəzi böyük vebsaytlar və ya İnternet xidməti təminatçıları ya vebsaytdan bir dəfə ("seans kuki"-sini istifadə etməklə) və ya təkrar ziyarət etməyiniz ("inadkar kuki" istifadə etməklə) əsnasında vebsaytların sizi "yadda saxlaması"-na şərait yaratmaqla istifadəçi təcrübəsini təkmilləşdirmək üçün bunu tətbiq edir. Kukilər vebsaytlara parametrlərinizi yadda saxlama imkanı verir - kompüter və ya mobil cihazlarınızda vebsaytlara baxmaq üçün dil, şrift ölçüsü və digər seçimlər. Bu yolla siz hər dəfə geri qayıtdığınızda onları yenidən daxil etməli olmursunuz. Veb-sayt kukilərdən istifadə etmirsə, o, veb-saytda hər dəfə yeni səhifəni açdığınız zaman sizi yeni istifadəçi hesab edəcək. Məsələn, giriş məlumatlarınızı daxil edib başqa bir səhifəyə keçdiyinizdə veb-sayt sizi xatırlamayacaq və siz giriş seansını davam etdirə bilməyəcəksiniz.

Huawei burada göstərilən hallar istisna olmaqla digər məqsədlər üçün kukilərdən istifadə etmir. Siz kukiləri idarə edə və ya lazım gələrsə, silə bilərsiniz. Təfərrüatlar üçün baxın: AboutCookies.org. Siz artıq kompüterlərinizdə olan bütün kukiləri silə və əksər brauzerlərin kukiləri bloklamasını təyin edə bilərsiniz. Lakin bunu etsəniz, hər dəfə veb-saytlarımızda daxil olduqda bəzi seçim parametrlərinizi əl ilə tənzimləməli ola bilərsiniz. Brauzer parametlərini dəyişmək haqqında ətraflı məlumat üçün, zəhmət olmasa, aşağıdakı keçidlərdən birini istifadə edin: <Internet Explorer>, <Google Chrome>, <Mozilla Firefox>, <Safari>, və <Opera>.

2) Veb mayakları və piksel teqləri

Kukilərdən əlavə veb mayaklar və piksel teqləri də bizim istifadə edə biləcəyimiz oxşar texnologiyalardır. Adətən, Huawei tərəfindən sizə göndərilən elektron məktubda Huawei vebsaytının məzmunu ilə əlaqələndirilmiş URL keçidi olacaqdır. Əgər keçidə bassanız, üstünlük verdiyiniz məhsullarımızı və xidmətlərimizi öyrənmək və müştəri xidmətlərimizi təkmilləşdirmək üçün klik keçidi Huawei tərəfindən izləniləcəkdir. Veb mayak adətən internet saytında və ya e-poçtda yerləşdirilən şəffaf qrafik şəkildir. E-poçtun açılıb-açılmadığını öyrənmək üçün piksel teqlər bizə e-poçt mesajlarının xüsusi formatda göndərilməsinə imkan yaradır. Əgər bu texnologiyalar tərəfindən izlənmək istəmirsinizsə, siz e-poçtu istənilən vaxt abunəlikdən çıxarda bilərsiniz.

3) "İzləməyin" siqnalları

Bir çox internet brauzerlərdə istifadəçilər tərəfindən açılan vebsaytlara "İzləməyin" siqnalları göndərən "İzləməyin" funksiyası vardır. Hazırda, vebsaytların bu siqnalları qəbul etdikləri zaman atacaqları addımlar üzrə İnternet standartları müəyyən edən aparıcı təşkilatdakı iştirakçılar arasında heç bir ortaq razılıq yoxdur. Lakin, biz "Do-Not-Track" seçiminin brauzerinizdə quraşdırılmasına hörmətlə yanaşırıq.

3. Huawei sizin şəxsi məlumatlarınızı hansı şəkildə açıqlayır

Huawei sizin şəxsi məlumatlarınızı üçüncü tərəflərə satmır. Lakin aşağıdakı hallarda Huawei şəxsi məlumatlarınızı açıqlaya bilər:

1) Sizin aşkar razılığınız əsasında məlumatların açıqlanması - Sizin razılığınızı aldıqdan sonra Huawei bildirdiyiniz tərəflər ilə və seçdiyiniz üsulda şəxsi məlumatlarınızı paylaşa bilər.

2) Huawei-in alt şirkətlərinə məlumatların açıqlanması - Sizin şəxsi məlumatlarınız Huawei alt şirkətləri arasında paylaşılacaq və siyasətə uyğun olaraq, biz alt şirkətlərə minimum lazımi məlumatdan artıq məlumatı açıqlamayacağıq.

3) Səlahiyyətli birgə işləyən partnyorlara məlumatın açıqlanması ("bizim Partnyorlar") - Huawei sizə bizim Partnyorlar vasitəsilə xidmət göstərə bilər. Buna görə də, sizə daha yaxşı müştəri xidməti göstərmək və sizin ümumi təcrübənizi təkmilləşdirmək məqsədilə Huawei sizin şəxsi məlumatlarınızı bizim Partnyorlar ilə bölüşə bilər. Məsələn, Huawei məhsullarını onlayn almağa qərar verdiyinizdə, məhsullarınızın sizə çatdırılması və ya Partnyorların sizi xidmətlərlə təmin etməsi üçün Huawei şəxsi məlumatlarınızı müvafiq logistika xidməti göstərən təminatçılara təqdim etməli olacaq. Sizin şəxsi məlumatlarınız yalnız müəyyən olunmuş, aşkar və qanuni məqsədlər üçün emal edilə bilər və məlumatın həcmi bu məqsədləri yerinə yetirmək üçün lazım olan minimum məlumat ilə məhdudlaşır. Bütün Huawei alt şirkətləri və Partnyorlarımızın sizin şəxsi məlumatlarınızı başqa məqsədlər üçün istifadə etmələrinə icazə verilmir.

4) Şəxsi məlumatlarınızı müvafiq qanuni tələblər çərçivəsində və ya digər zəruri hallarda açıqlanması: Huawei sizin şəxsi məlumatlarınızı qanun, hüquqi işlər, məhkəmə iddiası və ya dövlət orqanları tərəfindən tələb olunduğu zaman açıqlaya bilər. Bəzi yurisdiksiyalarda, Huawei yenidən təşkilatlanma, birləşmə və ya iflasla bağlı fəaliyyətinin dayandırılmasına cəlb olunarsa, sizin şəxsi məlumatlarınızı əməliyyat tərəflərinə açıqlaya bilər. Müvafiq zəruri hallarda, habelə, qayda və şərtlərimizi tətbiq etmək və müştərilərimizi müdafiə etmək məqsədilə sizin məlumatlarınızı açıqlaya bilərik.

4. Şəxsi məlumatlarınıza daxil olma, redaktə etmə və ya dəyişdirmə

Huawei-in qayda və şərtlərinə əsasən siz şəxsi məlumatlarınızı, habelə şəxsi hesab qeydiyyatı məlumatlarını istədiyiniz zaman idarə edə bilərsiniz. Bu halda, siz təqdim olunan məlumatların dəqiqliyini təmin etməlisiniz. Huawei sizin məlumatları dəqiq, tam və yeni saxlamaq üçün kifayət qədər səy göstərir.

Siz qanun ilə icazə verilmiş bəzi istisnalar xaricində öz şəxsi məlumatlarınıza daxil ola bilərsiniz. Xüsusi məxfilik və məlumat haqlarının tətbiq olunduğu ölkə və ərazilərdə biz onlara uyğun hərəkət edəcəyik. Əgər siz məlumatlara daxil olma haqqınızı yerinə yetirmək istəyirsinizsə, zəhmət olmasa, bizə consumer_privacy@huawei.com e-poçtu vasitəsilə məlumat verin. Təhlükəsizlik səbəbindən sizdən tələbinizi yazılı şəkildə təqdim etmək tələb oluna bilər.

Bundan əlavə, siz özünüz haqqında bizim saxladığımız istənilən məlumatı silmək və ya düzəltmək haqqına sahibsiniz. Tələbinizə əsasən, Huawei göstərişlərinizə uyğun olaraq məlumatları silə və ya düzəldə bilər. Bunu etmək üçün siz consumer_privacy@huawei.com e-poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Lakin, əgər tələbin bəd niyyət ilə təqdim olunduğu, qeyri-mümkün olduğu və ya yerli qanunvericiliklə girişinə icazə verilmədiyini hesab etməyimiz üçün əsasımız olarsa, tələbinizi yerinə yetirməkdən imtina edə bilərik.

5. Huawei sizin şəxsi məlumatlarınızı necə qoruyur

Huawei sizin şəxsi məlumatlarınızın təhlükəsizliyinə ciddi yanaşır. Sizin şəxsi məlumatlarınızı icazə verilməyən giriş, açıqlama, istifadə, dəyişdirmə, zədələmə və ya itkidən qorumaq üçün biz bu sahədə istifadə edilən standart təcrübələrdən istifadə edirik. Sizin şəxsi məlumatları qorumaq üçün bütün mövcud üsullardan istifadə edirik, məsələn: məxfiliyi təmin etmək üçün şifrələmədən istifadə edirik; məlumatları pis niyyətli hücumlardan qorumaq üçün güvənilən müdafiə mexanizmlərindən istifadə edirik; sadəcə icazə verilən şəxslərin məlumata girişini təmin etmək üçün daxilolmaya nəzarət mexanizmləri yerləşdirmişik; təhlükəsizlik üzrə təlimlər və məxfiliyin qorunması haqqında məlumatlandırma vasitəsilə işçilərimizin şəxsi məlumatı qorumağın əhəmiyyətini anlamasını təmin edirik.

Şəxsi məlumatlarınızın yetərli və müvafiq məlumatlar ilə məhdudlaşması üçün lazımi addımları atırıq. Şəxsi məlumatlarınızı bu Siyasətdə göstərilən məqsədləri yerinə yetirmək üçün lazım olan müddət ərzində saxlayırıq və daha artıq müddət tələb olunduğu və ya qanun ilə icazə verildiyi hallar istisna olmaqla şəxsi məlumatlarınızı lazımından artıq müddətə saxlamırıq. Şəxsi məlumatlarınızı qorumaq üçün son dərəcə diqqətlə yanaşsaq da, nəzərə alın ki, heç bir təhlükəsizlik tədbiri 100% mükəmməl və ya toxunulmaz deyil.

6. Huawei uşaqların şəxsi məlumatlarını necə idarə edir

Məhsullarımız, vebsaytlarımız və xidmətlərimiz əsasən böyüklər üçün nəzərdə tutulub. Uşaqlara valideynlərinin / qəyyumlarının icazəsi olmadan öz istifadəçi hesablarını açmağa icazə verilmir. Uşaqların şəxsi məlumatlarının qanuni tələblərə uyğun və ya valideynin icazəsi ilə toplandığı hallarda biz bu növ şəxsi məlumatı yerli qanunvericiliyə uyğun olaraq valideynin icazə verdiyi qaydada, qanun ilə icazə verilən dərəcədə və ya uşağı müdafiə etmək üçün istifadə edəcəyik və ya digər tərəflərə açıqlayacağıq. Qüvvədə olan qanunvericilik və yerli mədəniyyətə əsasən uşaq anlayışının fərqli olmasına baxmayaraq, biz 13 yaşından aşağı hər kəsi uşaq olaraq qəbul edirik.

Əgər Huawei ilk öncə valideynin təsdiq olunan razılığını almamış uşaq barədə şəxsi məlumatları topladığını öyrənərsə, mümkün qədər tez bir zamanda bu məlumatları silmək üçün müvafiq addımlar atacaqdır.

7. Üçüncü tərəf təchizatçılar və onların xidmətləri

Səmərəli istifadəni təmin etmək və istifadəçi təcrübəsini təkmilləşdirmək üçün sizə Huawei və Partnyorlarımız ("Üçüncü Tərəflər") xaricində üçüncü tərəflərdən məzmunlar və ya İnternet keçidləri təqdim oluna bilər. Huawei Üçüncü Tərəflərin üzərində nəzarətə sahib deyil və onların keçidlərinə və ya məzmunlarına daxil olmağı və ya onların xidmətlərindən və ya məhsullarından istifadə etməyi siz özünüz seçə bilərsiniz.

Huawei Üçüncü Tərəflərin məxfilik və məlumatların mühafizəsi tədbirlərinə nəzarət edə bilmir və belə tədbirlər bu Siyasət ilə tənzimlənmir. Əgər siz könüllü şəkildə Üçüncü Tərəflərə məlumat təqdim etmək istəyirsinizsə, zəhmət olmasa, onların məxfilik siyasətinə istinad edin.

8. Sizin şəxsi məlumatlarınız beynəlxalq səviyyədə necə ötürülür

Huawei məhsulları və xidmətləri dünyada müxtəlif ölkələrdə və regionlarda yerləşən resurslar və serverlər vasitəsilə təmin edilə bilər. Bu səbəbdən də, şəxsi məlumatlarınız məhsullarımızı və ya xidmətlərimizi istifadə etdiyiniz ölkə xaricində beynəlxalq sərhədlər daxilində ötürülə və ya əldə oluna bilər. Bu ölkələr şəxsi məlumatların xüsusi olaraq qorunması üçün qanunlara malik olmaya və ya məlumatların mühafizəsi üzrə fərqli hüquqi qaydalara malik ola bilərlər. Bu hallarda, Huawei sizin məlumatlarınıza eyni səviyyəli müdafiənin tətbiq edilməsini və mövcud qanunvericilik və nizamnamələrə uyğun müdafiənin təşkilini təmin edəcək. Məsələn, Huawei məlumatlarınızı beynalxalq səviyyədə ötürmə üçün sizin icazənizi istəyə bilər və ya sərhəddən kənar ötürmələrdən əvvəl anonimləşdirmə kimi təhlükəsizlik tədbirləri tətbiq edə bilər.

9. Bu Siyasət necə yenilənir

Huawei vaxtaşırı bu Siyasəti yeniləmək və ya düzəliş etmək hüququnu özündə saxlayır. Huawei müxtəlif kanallar vasitəsilə dəyişikliklərə dair sizə məlumat verəcək. Məxfilik siyasətində dəyişiklik olduğu zaman, yenilənmiş məxfilik siyasətini vebsaytımızda yerləşdirəcəyik (http://consumer.huawei.com). Həmçinin, məxfilik siyasətində dəyişikliklər barədə sizə məlumat vermək üçün ayrıca bildiriş də (məsələn, elektron bildiriş) göndərə bilərik.

10. Beynəlxalq istifadəçilər

Nəzərə alın ki, Avropa İqtisadi Zonasının (AİZ) üzv dövlətində və ya İsveçrə, Albaniya, Andorra, Bosniya, Farer Adaları, Cəbəllütariq, Qrenlandiya, Makedoniya, Moldova, Mərakeş, Monteneqro, San-Marino, Serbiya, Vatikan, Yaponiya, Koreya, ABŞ, Kanadada məşkunlaşan fərdlərlə bağlı Huawei Müştəri Bulud Xidmətləri çərçivəsindəki şəxsi məlumatlar Huawei Technologies Deutschland, GmbH tərəfindən idarə edilir. Lakin Huawei-in onlayn mağazası www.hihonor.com/us Huawei Device USA, Inc. tərəfindən idarə edilir.

11. Huawei ilə necə əlaqə saxlamaq olar

Əgər hər hansı sualınız, rəyiniz və ya təklifiniz varsa, zəhmət olmasa, bizimlə consumer_privacy@huawei.com e-poçt ünvanını istifadə edərək əlaqə saxlayın və ya onları bizim qlobal ərazilərdə yerləşən ofislərimizdən birinə təqdim edin. Ofislərimizin tam siyahısı üçün, aşağıdakı vebsaytımızı ziyarət edin:

http://www.huawei.com/en/contact-us

Önəmli Bildiriş - Huawei Məxfilik Siyasətinin yerli dildəki versiyası yerli qanunlar və dil qaydaları səbəbindən bu versiyadan fərqlənə bilər. Fərqlərlə bağlı yerli dildəki olan versiyaya üstünlük verilir.

Ən son yenilənmə tarixi: Sentyabr 2016

Müəllif hüququ © Huawei Device Co., Ltd. şirkətinə məxsusdur. 2016. Bütün hüquqlar qorunur